Opera divası Monserrat Kabalye xəstəxanaya yerləşdirildi
Tarix: 24-09-2018, 17:34



Opera musiqisinin ulduzu Monserrat Kabalyenin vəziyyəti ağırdır.
“Ölkə.Az” xəbər verir ki, opera divasının öd kisəsində problem yaranıb. 85 yaşlı sənətkar xəstəxanaya yerləşdirilib.
“La Vanguardia” nəşrinin xəbərinə əsasən, Kabalye 6 gün əvvəl Barselonadakı xəstəxanaların birinə aparılıb. Onun vəziyyəti artıq stabilləşib. Amma həkimlər hələ Kabalyeni xəstəxanadan buraxmırlar və buraxılacağı vaxtı da açıqlamırlar.

Paylaş: