"Boğazım hələ də ağrıyır" - Aşıq Ədalət
Tarix: 4-08-2017, 14:05


“Türkiyədən gələndən indiyədək müalicə alıram”.
Bunu AzVision.az-a səhhətində problem yaranan əməkdar incəsənət xadimi Aşıq Ədalət deyib.

O, bildirib ki, müalicəsinin ilkin etapı müsbət nəticə verdiyindən yaxın günlərdə ikinci etapa başlayacaq.

“Türkiyədən gələndən bəri müalicə alıram. Səhhətimdə irəliləyiş var. Bir az gümrahlaşmışam. Amma boğazım hələ də ağrıyır. Ağrılar əvvəlki kimi güclü deyil. İkinci etapa başlayacağıq”. 

Qeyd edək ki, həkimlər aşığın səhhətinin pisləşməsinə səbəb kimi ürəyində problemlərin olmasını və bunun yaşla bağlı olduğunu deyiblər. Aşığın oğlu Hekayət Nəsibov isə atasının ağır qrip keçirdiyini, bundan sonra onun boğazında xırıltı və səs tellərində problemlərin yarandığını bildirib.


Paylaş: