Madonnanın prodüserin bəyəndiyi azərbaycanlı
Tarix: 24-09-2018, 08:57



"SUS" adlı single ilə diqqət çəkən Azərbaycan şou-biznesin ən yaraşıqlı və xarizmatik müğənnisi Cəmil yeni işi "Power of Goodbye" ilə musiqi bazarına səfərini davam etdirir.
UlduzumSan.Az xəbər verir ki, sosial şəbəkədə Cəmilin səsini eşidən məşhur prodüser Guy Oseary onu çox bəyənib. Amerikanın prodüseri Azərbaycanın gənc müğənnisi ilə tanış olmaq istəyib. Bir neçə gündən sonra Cəmillə  məhşur prodüserin görüşü skype vasitəsi ilə gerçəkləşib. 

Cəmil deyir ki, amerikalı prodüser onun səsindən təsirləndiyini bildirib. Bu tanışlıq Cəmilə ikiqat sevinc bəxş edib. Belə ki, Guy Oseary Cəmilə Amerikalı pop ulduz Madonnanın bəstələrindən birini hədiyyə edib. 

Amerikanın məşhur prodüseri Cəmilə 90-cı illərin keyfli mahnılardan Madonnanın səsləndirdiyi "Power of Goodbye"ı minusunu bağışlayıb. Cəmilin sözlərinə görə, bu vəziyyətdən məmnun olduğunu dilə gətirib. Müğənni eyni zamanda yeni layihə üzərində də çalışır. 
Qeyd edək ki, 2010-ci ildə Guy Madonnanın debüt albomunda prodüserlərdən biri olub.

Paylaş: