"Bu simasız insan beş aydır ki, min bir bəhanə ilə gördüyüm işin qonorarını ödəmir"
Tarix: 21-09-2018, 17:46



Jurnalist Ülviyyə Alovlu müğənni Rəqsanə İsmayılova arasında qalmaqal yaşanıb.
AzNews.az xəbər verir ki, jurnalist onunla əməkdaşlığa son qoyub.
Ülviyyə Alovlu Rəqsanəni onun borcunu qaytarmamaqda ittiham edir: “Bu simasız insan beş aydır ki, min bir bəhanə ilə gördüyüm işin qonorarını ödəmir.Əslində, adı dələduz kimi çıxmış bu qadınla ömründə iş görməzdim. Amma aparıcı Fira ilə araya girib mənə minnətçi düşdülər. Yalvardılar, yaxardılar. Mən ona Rəqsanə ilə işləmək istəmədiyimi israrla təkrar etsəm də, Fira ona zamin durdu. Pulu şəxsən özünün ödəcəyinə söz verdi. Amma ödəniş vaxtı Fira da Rəqsanə kimi nağıl danışmağa başladı. Hələ bu azmış kimi, Rəqsanənin işlərini gördüyümü öyrənən borc sahibləri də məni narahat etməyə başladı. Sən demə, onun illərdir paltar alverçilərindən tutmuş kirayə maşın salonlarına qədər hər kəsə borcu olub. Heç şəxsi maşını da yox imiş. Bu illər ərzində icarəyə maşın götürüb sürürmüş. Buna görə icarədarlara 5000, yazdırdığı mahnılar və Türkiyədə elətdirdiyi aranjemanlara görə musiqiçilərdən birinə 4000 dollar borcu var. Musiqiçiyə borcu qaytarmamaq üçün həbsxanadan kimlərəsə zəng etdirib, hədə-qorxu gəlib ki, o borcu unutsun. Bu qısa müddətdə mənə daha kimlər zəng vurmadı. Xırda geyim alverçisindən tutmuş, dərzilər, modelyerlər, jurnalistlər və daha kimlər...
Cinayətkarlarla əlbir olub dələduzluğu özünə peşə seçmiş bu qadını Allah bağışlayacaq, bağışlamayacaq – bilmirəm. Amma mən bağışlamıram, haqqımı halal eləmirəm.
“Haramı olsun!” – deyirəm və əminəm ki, ölkənin yarısı buna “Amin!” deyir”.

Paylaş: