Evlənmə prqoramının məşhur iştirakçısı özünə yeni sevgili tapdı
Tarix: 21-09-2018, 16:47



Türkiyənin evlənmə proqramlarının məşhur iştirakçılarından Hanife Gürdal və Serkan Bağradan cütlüyündən yeni xəbər var.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, proqramda sevgili olub, daha sonra dəfələrlə ayrılıb-barışan cütlük bu dəfə qəti şəkildə yollarını ayırıb.
Bu günlərdə Serkan İnstagram hesabında yeni sevgilisi ilə şəklini paylaşaraq “Sən başıma gələn ən gözəl hadisəsən” yazıb.
Qeyd edək ki, verilişdə Hanifeyə elçi çıxan Serkan Bağra ayrılıb-barışmaları ilə gündəmə gəliblər. Son mübahisə zamanı isə Hanife Serkanı sevdiyini və barışmaq istədiyini desə də, Serkan barışmağa razı olmayıb.



image description




Paylaş: