Aparıcı Firadan jurnalistə cavab: “Mənim adımı orada hallandırmasın”
Tarix: 21-09-2018, 15:15



Xəbər verdiyimiz kimi, müğənni Rəqsanə İsmayılova ilə jurnalist Ülviyyə Alovlu arasında qalmaqal yaşanıb. 
Sözügedən məsələdə aparıcı Fira Cəlilovanın da adı hallanır. Məsələ ilə bağlı Primetime.az-a açıqlama verən aparıcı bu hadisələrdən xəbərsiz olduğunu söyləyib:
“Ülviyyə mənə müraciət edib? İşbirliyinə bərabər başlayıblar, çalışıblar bir müddət.  Sonradan aralarından nə keçib, mən onu bilmirəm. İnsan işləyəndə həmişə ikili işləyir, üçüncü şəxsin orada nə işi var. Öz aralarında yaranmış problemdir.
Məni ora daxil eləməsinlər. Ümumiyyətlə mən şou biznesdən və şou adamlarından uzağam. Verilişlərim də başqa formatdadır.  Kimsə qalmaqal yaratmaq istəyirsə, mənim adımı orada hallandırmasın. Mənim telefonum günün 24 saatı açıqdır. İşlədiyim yerdə Xəzər TV-dir. Azərbaycandan  qaçmamışam ki?”

Paylaş: