Ərindən boşanan Demet Akalın lüks villasından köçür
Tarix: 21-09-2018, 12:09



Məşhur türk müğənni Demet Akalının bu yaxınlarda boşandığı əri Okan Kurtun borclarına görə Beykoz bölgəsindəki villasından köçmək məcburiyyətində qalıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, villasını dəyişdirməyə qərar verən sənətçi yeni evlərin axtarışına çıxıb.
Bütün xatirələri silmək istəyən Akalın ilk olaraq Beykozda geniş və bağçalı evə baxıb. Qızı Hira ilə birlikdə yaşayacaqları lüks villaları gəzən ifaçı istədiyi kimi bir ev taparsa, bir çox məşhurla da qonşu olmuş olacaq.



Ərindən boşanan Demet Akalın lüks villasından köçür

Paylaş: