Xatirə İslam efirdə ağladı
Tarix: 21-09-2018, 10:13



Müğənni Xatirə İslam ATV kanalında yayımlanan “Bizimləsən” proqramında göz yaşlarını saxlaya bilməyib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb əməkdar artist Tünzalə Əliyevanın ağır xəstəliyə yoluxmasıdır.
Sənətçi verilişin ötəngünkü buraxılışında bütün incəsənət nümayəndələrinə müraciət edib:
“Tünzalə xanımın müalicəsinin qarşısında bizim ona etdiklərimiz heç nədir. Özüm siyahı tutacam, butun sənət dostlarıma zəng vuraraq yardım istəyəcəm. Bir aydan sonra Tünzalə Əliyevanın yerində başqa biri otura bilər. Hamı bir-birinə dəstək olmalıdır. Üç ay restorana getmərik, bir il bahalı paltar geymərik”. 
Müğənni efirdə çıxışı zamanı göz yaşlarını saxlaya bilməyib. 



Paylaş: