Məşhur aktrisa reanimasiyaya yerləşdirildi
Tarix: 21-09-2018, 08:34



11 il əvvəl uşaqlıq yolu xərçənginə qalib gələn aktrisa Mehtap Ar yenidən xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə aktrisanın müğənni bacısı Müjdə Ar bildirib. O deyib ki, bacısını onu ziyarət edənlərdən narahat olmaması üçün reanimasiyaya yerləşdiriblər.
Mehtap Arın fevraldan yenidən xərçəngə tutulması da məlum olub. O, uzun zamandır müalicəsini davam etdirirmiş.

Paylaş: