"Mənə Allah bir oğul bəxş elədi, ismi Əli" - Şəbnəm Tovuzlu
Tarix: 20-09-2018, 12:07



"Mən hər zaman imamlarımızın yasını tutmuşam".

BiG.AZ xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Aşura" günü ilə bağlı danışarkən deyib. Xanım ifaçının fikrincə, bu gündən bütün müsəlmanlar yas tutmalıdır:

"Aşuradır. Mən həmişə imamlarımıza qəlbimdə göz yaşə tökmüşəm. Hesab edirəm ki, bu gündən bütün müsəlmanlar yas tutmalı, imamlarımızın matəmini saxlamalıdır. Qarğış etmək, pis niyyətli olmaq heç bir müsəlmana yaraşmaz. Aallahdan qorxun, günaha girməyin".

Ş.Tovuzlu şəxsi hesabında "Əli" adlı mahnısını paylaşaraq Həzrəti Əliyə, bütün imamlarımıza rəhmət diləyib.

Qeyd edək ki, mahnının sözləri Əli Qafarlıya, sözləri isə Ruslan Səfəroğluna aiddir.

VİDEO BURADA​​​

Paylaş: