“Felicita”nın ifaçısı Bakıda
Tarix: 20-09-2018, 11:52



“Felicita” mahnısının ifaçısı kimi tanınan italyan müğənnisi, aktyor Al Bano Karrizi Azərbaycana gəlib.“Qafqazinfo” xəbər verir ki, 75 yaşlı sənətçi ötən gün Bakıya təşrif buyurub. 
Məşhur sənətçi sabah cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edəcək .
Qeyd edək ki, bu günə qədər Al Bano dünyada 165 milyon albom satıb. 
O, 2001-ci ildən Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiridir.






Paylaş: