Məşhur bacılar arasında dava böyüyür
Tarix: 20-09-2018, 10:36



Türkiyənin pop ulduzu Hadisə və prodüser bacısı Hülya Açıkgöz arasında yaranan gərginlik artmağa başlayıb.“Qafqazinfo” xəbər verir ki, hər iki şəxs bu dəfə instaqram sosial şəbəkəsində mübahisə ediblər.  H. Açıkgöz ötən gün “İntiqamın xoş bir söz olduğunu düşünürsüz?” yazaraq bacısına söz atıb. 
Hadisə isə “İntiqam? Xeyr, çox tənbələm. Oturub işlərin qaydasına düşməsini gözləyəcəm” – deyə bildirib. Hülya daha sonra “Sadəcə olaraq məni izlə. Həyatın sosial mediadan ibarətdir, sən oranın sahibisən. Kədərləndirici bir hekayədir”- deyə müğənniyə sərt cavab verib. 
Xatırladaq ki, Hadisə bir neçə həftə bundan əvvəl prodüser bacısı Hülya və dizayner bacısı Dərya ilə əməkdaşlığa son qoyub. Sənətçi məhkəməyə müraciət edərək H. Açıkgözün onun adından istifadə edərək xeyli miqdarda pul mənimsədiyini iddia edib.

Paylaş: