Qadınları fahişəliyə cəlb edən müğənni Təranənin məhkəməsi başladı
Tarix: 19-09-2018, 17:51



Türkiyəyə apararaq fahişəliyə məcbur etməkdə təqdirləndirlən müğənni Təranə Muradovanın məhkəməsi başlayıb.

Open.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən müğənnin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, T. Muradova istintaq zamanı həbs edilməyək polisin nəzarətinə verilib. O isə istintaqdan yayındığı üçün axtarışa verilib. Daha sonra tutularaq həbs edilib.
Müğənni isə bunu tanışının məsləhəti ilə elədiyini deyib: “Yaqut adlı tanışım vardı. Dedi ki, yaxın günlərdə "Stop"un qüvvədən düşəcək, sonra xaricə qaçarsan. Amma sonradan bildim ki, elə şey olmur”.
Proses sentyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən 2018-ci il fevralın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1981-ci il təvəllüdlü, Bakı şəhər sakini Muradova Təranə Əli qızının ölkə vətəndaşları olan qadınları Türkiyə Respublikasına aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib.
Xatırladaq ki, Təranə Muradova əvvəllər qadın alverinə görə polis tərəfindən tutulub. Belə ki, müğənniliklə məşğul olan Təranə Muradova bir neçə il əvvəl “Azəristar” mahnı yarışmasında iştirak etmiş Rüstəm Əlişanov və başqa bir qadınla birgə Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə təqsirləndirilib. Lakin o, çox keçmədən həbsxanadan çıxıb və köhnə peşəsini davam etdirib.

Paylaş: