Anar “Təhminə və Zaur” serialından danışdı - “...xəbərim yoxdur”
Tarix: 19-09-2018, 15:25



"Ssenaridən xəbərim yoxdur.”
AzNews.az-ın verdiyi xəbərə görə, bu sözləri Adalet.aza açıqlamasında Xalq yazıçısı Anar deyib.
Xalq yazıçısı bildirib ki, "Təhminə və Zaur”u serial kimi çəkmək üçün icazə istəyiblər, o da razılaşıb: “Amma dedim ki, bir şərtim var, ssenariyə baxım. Onlar da ssenarini göstərəcəklərini dedilər. Lakin nə ssenaridən xəbərim oldu, nə də serialın çəkilişindən. Eşitdim ki, artıq çəkilib”.
Xatırladaq ki, bu yaxınlarda ATV kanalında "Təhminə və Zaur” serialı efirə verilib. Yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında çəkilən "Təhminə və Zaur”un rejissoru Sain Qəhrəmandır.
Ekran işində Təhminə obrazını Natəvan Ələkbərova, Zauru Cövdət Şükürov, Spartakı Cavidan Novruz canlandırıb.

Paylaş: