Adnan Oktarın “gizli pultu” var idi – “Kedicik”dən şok etiraflar
Tarix: 19-09-2018, 11:55



Türkiyədə terror təşkilatı yaratmaq ittihamı ilə həbs olunan Adnan Oktarın təriqətinin üzvü, 30 il onun yanında olmuş Ayşə Pars Oktarla bağlı şok ifadələr səsləndirib.
AzNews.az Türkiyə mediasına istinadla xəbər verir ki, A.Pars Oktarın sağ qolu olaraq, televiziya və internet yayımlarının idarəçisi olduğunu bildirib.
O qeyd edib ki, Adnan Oktar yayım vaxtı ona aşiqanə şəkildə baxmayan qızlara işgəncə verir, sonra isə onların sevincdən ağladığını deyirmiş.
Beləliklə də, Oktarın qruplaşma üzvlərini təkcə var-dövlət vədi ilə yox, həm də təhdidlərlə yanında saxladığı məlum olub.
A. Pars deyib ki, yayımdan sonra Oktar bəyənmədiyi şəxsləri yanına çağırır, onlara sillə-təpik vurur, yerlərdə sürüyür, yeməyini başından aşağı tökür, saçlarını ya əli ilə yolur, ya da qayçı ilə dibindən kəsirdi.
O vurğulayıb ki, Oktar qruplaşmasının içində qızların ailələri ilə görüşü də qadağan olub.

Oktarın ən sevdiyi şeyin ona itaət edilməsi olduğunu bildirən Pars Adnana itaət olunmadığı halda günah işləndiyini diqqət çatdırıb.
A. Oktarın televiziya yayımı ilə bağlı da Pars maraqlı məqam qeyd edib. O, heç kimə inanmayan Oktarın TV yayımını stolun altındakı gizli pultla idarə etdiyini vurğulayıb.
A. Pars yayım vaxtında da səsin bəzən kəsilməsini Oktarın əlinin altındakı pultla əlaqəli olduğunu bildirib. Belə ki, Oktar bəzən “on-off” düymələrinin yerini qarışdırır, yayımın səsini verməyi yaddan çıxarırmış.

Paylaş: