Naira ilə Yıldız Tilbeni nə bağlayır?
Tarix: 19-09-2018, 08:23



Azərbaycanlı müğənni Naira yeni işləyəcəyi şirkətin adını açıqlayıb. 
Müğənni  UlduzumSan.Az-a açıqlamasında Türkiyənin məşhur ÖZDEMİR PLAK MUZİK şirkəti ilə müqavilə imzaladığını bildirb. 

Bundan sonra Naira bütün yeniliklərini həmin şirkətin tərkibində reallaşdıracaq: 

“Artıq “ÖZDEMİR PLAK MUZİK” şirkəti ilə müqavilə imzalandı. Bu şirkətdə Yıldız Tilbe, Şevval Sam, İşın Karaca, Manga kimi məşhurlar var”. 
Bir neçə gün əvvəl Türkiyədə  "Risk" adlı layihəsi təqdim olunan Naira növbəti sinqlı üzərində çalışır. O, açıqlamasında ÖZDEMİR PLAK MUZİK musiqi şirkətinin imzası ilə hər ay bir sinql hazırlayacağını bildirib.
 
Qeyd edək ki, "Risk” adlı mahnının müəllifləri bəstəkar Pərviz Maxmudov və  türkiyəli şairə Ayşe Birgül Yılmazdır.  Aranjimanı Rəşad Bağırova məxsusdur. Rejissor Onur Aldoğan mahnıya ekran həyatı verib.

Paylaş: