Nadir Qafarzadənin ailəsinə AĞIR İTKİ
Tarix: 18-09-2018, 17:02



Tanınmış azərbaycanlı müğənni Nadir Qafarzadənin ailəsinə ağır itki üz verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, ifaçının dayısı oğlu Abbasov Cəbrayıl 55 yaşında infarktdan dünyasını dəyişib.

Məlumatı dəqiqləşdirmək üçün N.Qafarzadə ilə əlaqə saxlasaq da o bu barədə danışmaq istəməyib: "Rica edirəm narahat etməyəsiniz. İndi danışacaq halda deyiləm".

Müğənninin prodüseri Toğrul Kamalovl məlumatı təsdiqləyib: "Bəli, məlumat doğrudur. Nadir bəy hazırda yoldadır, rayona gedir".

Paylaş: