Tanınmış jurnalist İTV-dən ayrıldı
Tarix: 18-09-2018, 12:37



Tanınmış jurnalist Bəxtiyar Səlimov İTV-dən ayrılıb.
 
AZXEBER.COM xəbər verir ki, telejurnalist özü bu haqda məlumat verib.
 
O telekanalda ona dəstək olan şəxslərə təşəkkür edib: "5 il 5 ay çalışdığım İctimai Televiziya və Radio Yayımları şirkətindən ayrıldım. Bu müddət ərzində müxtəlif zamanlarda mənə dəstək olan İsmayıl Ömərov, Çingiz Aslanov, Cəmil Quliyev, Şaiq Məmmədov, Cabbar Quliyev, Həsən Abdullayev, Balakişi Qasımov və televiziya peşəkarlarından olan Murad Hüseynova dərin təşəkkür və minnətdarlığımı bildirirəm. O ki, qaldı doğma kollektivimizə biz həmişə birlikdəyik".
 
Qeyd edək ki, İTV-də rəhbərlik dəyişəndən sonra islahatlara start verilib. 

Paylaş: