“Emmy” mükafatlandırma mərasimində evlilik təklifi
Tarix: 18-09-2018, 11:14



“Emmy” mükafatlandırma mərasimində maraqlı anlar baş verib.
“Ölkə.Az” xəbər verir ki, “Oskar” mükafatlarının rejissoru Qlen Vays 2 həftə əvvəl dünyasını dəyişən anasının üzüyü ilə sevgilisinə evlənmə təklifi edib.
Sayca 70-ci tədbir Los-Anceles şəhərində keçirilib. Mükafatlar sahiblərinə təqdim edilib. Tədbirin aparıcısı Kolin Jost və Maykl Çe olub.
Qlen “Ən yaxşı rejissor” mükafatına layiq görülüb. O, iki həftə əvvəl dünyasını dəyişən anasının üzüyü ilə səhnədə sevgilisinə evlənmə təklifi edib.
"The Marvelous Mrs Maisel" serialı 5 fərqli mükafata layiq görülüb. “Ən yaxşı komediya serialı” mükafatını alan serialın rejissoru da mükafatlandırılıb. 

Paylaş: