Rusiyada serial çəkilişi zamanı aktyor həlak olub
Tarix: 17-09-2018, 17:03




Rusiyada məşhur olan «Smerş» serialının çəkilişi zamanı aktyor həlak olub. FaktXeber.com-un DeyliHayp-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilir ki, faciə Yaroslav əyalətinin Tutayev şəhərində çəkiliş meydanında baş verib.
Məlumata görə, bədbəxt hadisə  kütləvi dava epizodunun repetisiyası zamanı baş verib. 50 yaşlı aktyor gicgahından zərbə alıb. Aktyor dərhal xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı istintaqa başlanılıb. Ölənin adı açıqlanmır.

Paylaş: