Rihannanın dəfiləsində şok hadisə — Hamilə model podiumdan bir neçə dəqiqə sonra...
Tarix: 17-09-2018, 16:54



Barbadoslu müğənni Rihanna bir neçə ildir ki, moda dünyasında aktiv şəkildə iştirak edir.
“Ölkə.Az” xəbər verir ki, dünən Rihannanın baş tutan dəfiləsindən sonra maraqlı hadisə baş verib.
Rihanna “Nyu-York Moda Həftəsi” çərçivəsində “Savage x Fenty” brendi üçün dəfilə keçirib. Podiuma çıxan hamilə model tədbirdən sonra övladını dünyaya gətirib.
Slik ləqəbli Simon Tompson alt paltarlarını podiumda nümayiş etdirib. 22 yaşlı hamilə model səhnədən endikdən sonra xəstəxanaya aparılıb və oğlan övladı dünyaya gətirib.
Qeyd edək ki, Slik Mark Ceykobs tərəfindən kəşf edilib və model olana qədər narkotik maddə aludəçisi olub.

Paylaş: