Zamiq ilk dəfə böyük konsertə imza atır
Tarix: 17-09-2018, 15:41



Müğənni Zamiq Hüseynov konsert vermək qərarına gəlib. 

BiG.AZ xəbər verir ki, sənətçi instaqramda izləyicilərinə sual ünvanlayaraq tezliklə konsert vermək istədiyini bildirib:

“Dostlar, deyirəm bəlkə, gözəl bir konsert edək? Nə deyirsiz, məni dəstəkləyirsiz? Sizin dəstəyiiniz vacibdir”. 

Məlumatı Zamiq Hüseynovun meneceri Şahin Qurbanov da təsdiqləyib. O, tezliklə müğənninin böyük bir konsertə imza atacağını bildirib. 

Hələlik məkan və tarix barədə dəqiq məlumat verilməsədə , konsertin ilin əvvəlində Bakıda reallaşacağı qeyd olunub. 

Xatırladaq ki, Zamiq sonuncu dəfə mayın 5-də Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Sarayında solo konsert verib.

Paylaş: