Kabel TV-lər qanunsuzluq etdi, MTRŞ hərəkətə keçdi
Tarix: 17-09-2018, 14:39



“Azərbaycanda əksər kabel şəbəkəsi yayımçıları (televiziyalar) xarici telekanalların yayımını müqaviləsiz həyata keçirir”.

Bunu Open.az-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov deyib.

O bildirib ki, kabel şəbəkəsi yayımçıları xarici telekanalların yayımını mülkiyyətçilərin razılığı ilə, müqavilə əsasında həyata keçirməlidirlər.

Aparat rəhbəri qeyd edib ki, məsələ ilə bağlı Şura tərəfindən kabel şəbəkəsi yayımçılarına xəbərdarlıq edilib: “Kabel şəbəkəsi yayımçıları qısa müddət əzində yayımladıqları telekanallarla imzaladıqları müqavilələri Milli Televiziya və Radio Şurasına təqdim etməlidirlər. Xəbərdarlığa məhəl qoyulmayacağı təqdirdə, kabel şəbəkəsi yayımçıları barəsində inzibati tənbeh tədbirləri tətbiq ediləcək”.

Paylaş: