Türkiyəni "Eurovision 2018"də kim təmsil edəcək?
Tarix: 4-08-2017, 09:11


Türkiyə "Eurovision 2018"də iştirak etməyə qərar versə də, ölkəni müsabiqədə kimin təmsil edəcəyi hələki məlum deyil.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk öncə "Manga" qrupunun təmsil edəcəyi söylənilsə də, sonra qrup heç bir təklif almadığını qeyd edib.

Hazırda isə müsabiqədə iştirak edəcək şəxslərin adları dəqiqləşdirilir. Onlar arasında Aleyna Tilki və Fatma Turgut var.

Qeyd edək ki, Türkiyə 2012-ci ildən sonra "Eurovision"da iştirakdan imtina etmişdi.

Paylaş: