Kamil Gülaydan boşanmadığını belə sübut etdi
Tarix: 17-09-2018, 11:08



Deyilənlərə görə, idmançı Kamil Zeynallı müğənni həyat yoldaşı Gülay Zeynallı ilə boşanıb. UlduzumSan.Az-ın məlumatına görə, bu dedi-qoduların yayılmasına səbəb idmançının xanımı ilə sosial şəbəkələrdə şəkillərinin olmamasıdır.
Kamil "İnstagram" səhifəsində Gülay və qızı ilə çəkdirdiyi fotonu "İnstagram" səhifəsində paylaşaraq, bütün söz-söhbətə son qoyub: "Qızımız bu gündən birinci sinifə gedir. Allah hər kəsin balasını xoşbəxt eləsin.
Bu arada bütün dostlarımdan ailəvi şəkilə görə üzr istəyirəm. Çünki mən ailəmlə birgə şəkil çəkdirib, sosial şəbəkələrdə paylaşmağı sevmirəm".



Paylaş: