Burak Özçivit ata olacaq - Fahriye 2 aylıq hamilədir
Tarix: 17-09-2018, 10:35



Ötən il ailə həyatı quran Türkiyənin məşhur cütlüyü aktyor Burak Özçivitlə aktrisa Fahriye Evcen haqqında xoş xəbər yayılıb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, F.Evcenin 2 aylıq hamilə olduğu ortaya çıxıb.
Son 1 ildir övlad sahibi olmaq üçün müalicə alan aktrisa şad xəbəri ötən gün həkimindən alıb.
İki aylıq hamilə olduğunu öyrənən aktrisanın Özçivitə sarılaraq, ağladığı iddia edilib. Cütlük sevincini ailələriylə bölüşüb.
Qeyd edək ki, ana olmaq istədiyini hər dəfə dilə gətirən Evcenin bir müddətdir gələn serial və film təkliflərini rədd edirdi. Burak Özçivit isə "Diriliş Ertoğrul" serialı ilə bu mövsüm ekranlara qayıdır.

Paylaş: