Şəbnəm Tovuzlu helikopter açıqlamasına — AYDINLIQ GƏTİRDİ
Tarix: 17-09-2018, 10:29



Müğənni Şəbnəm Tovuzlu "Yaşıl Teatr"da baş tutan konsertinə həyat yoldaşının helikopterlə nəzarət etməsiylə bağlı verdiyi açıqlamadan danışıb.
Sənətçi "Ölkə.Az"-ın əməkdaşıyla söhbətində belə bir açıqlama verdiyini təsdiqləsə də, bunu zarafatla söylədiyini deyib:
"Məndən soruşdular ki, konsertə kimlər gələcək. Mən də cavab verdim ki, ailə üzvlərim, qohumlarım. Sonra soruşdular ki, həyat yoldaşınız da gələcəkmi? Zarafatca cavab verdim, o da helikopeterlə yuxarıdan nəzarət edəcək. Bəli, həyat yoldaşım konsertdəydi, arxa sırada əyləşmişdi".
Qeyd edək ki, Ş.Tovuzlunun konserti iki gün öncə keçirilib.



Paylaş: