Günelin bahalı libası və aksesuarı
Tarix: 14-09-2018, 17:59



Müğənni Günel Zeynalovanın "İnstagram" səhifəsində qırmızı paltarda çəkdirdiyi fotolar müzakirələrə səbəb olub. 
UlduzumSan.Az-ın məlumatına görə, izləyicilər onun sözügedən libasının, ayaqqabısının markası və qiyməti ilə maraqlanıblar.
Araşdırmamız zamanı bəlli olub ki, ifaçının qırmızı paltarından türkiyəli aktrisa Tuba Büyükstan da geyinib. Həmin libası modelyer Raşit Bağzıbağlı hazırlayıb. İfaçının ayaqqabısı "Christian Louboutin" markasına aiddir. Qiyməti isə 725 dollar, təxminən 1232 manatdır.



Paylaş: