Məşhur futbolçu bu model ilə sevgili imiş
Tarix: 14-09-2018, 17:33



“Bavariya Münhen” klubunun oyunçusu Ceyms Rodrigezin venesuelalı model Şannon De Lima ilə sevgili olduğu üzə çıxıb.
“Ölkə.Az” xəbər verir ki, kolumbiyalı Rodrigez ailəsi ilə birlikdə Qüdsə səfər edib. O, Qüdsdə Şennon ilə görüşüb. İddialara görə, Şennon Rodrigezin keçmiş həyat yoldaşı Daniela ilə aralarının dəyməsinə də səbəb olub.
Ceyms Daniela ilə 6 illik evliliyini ötən il nöqtələyib. 27 yaşlı futbolçunun Salome Rodrigez Ospina adlı bir qızı var.

Paylaş: