Xalq artistinin nəvəsi birinci sinfə gedə bilmədi
Tarix: 14-09-2018, 17:05



Tanınmış aktyor Cavidan Novruzun sabah birinci sinfə getməyə hazırlaşan oğlunun başına xoşagəlməz qəza gəlib və nəticədə ayağı sınıb.
Publika.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib. O, bildirib ki, oğlu çətin sınaqdan sağ-salamat keçdiyi üçün bu gün qurban kəsdirib:
“Dünən mən və kişi bala oğlum nə boyda sınaqdan keçdi. Allahıma çox şükür ki, bu gün yanımızdadır və mənlə nəfəs alır. Allah heç kimi balası ilə sınağa çəkməsin! Nə olduğunu isə yazmayacam, qan qaralmasın. Zatən nə olduğunu desəm də, inanmayacaqsız. Əsas odur ki, bu gün balama qurbanlıq kəsdik, babası gəlib yanında oldu! Allah bütün balaları qorusun! Bütün valideynlərdən xahiş edirəm ki, uşaqlara küçəyə çıxanda ora-bura qaçmağa icazə verməyin, qadağa qoyun. Ya da gözünüz diqqətiniz daim üstündə olsun! Çünki oğlum bu il 1-ci sinfə gedəcəkdi, hər şey hazır alınmışdı bu da belə!”
Qeyd edək ki, Cavidan Novruz Xalq artisti Ramiz Novruzun oğludur.







Paylaş: