25 ildir küsülü olan Qorxmazla İzzət arasında qalmaqal: “Onu döyməsinlər deyə mühafizəçi tutmuşam”
Tarix: 13-09-2018, 12:26




Aktyor Qorxmaz Əlili ARB telekanalının "Səhər-səhər" verilişində müğənni İzzət Bağırov haqda açıqlama verib.
Open.az xəbər verir ki, Əlili İzzət üçün illər öncə etdiklərini efirdə səsləndirib. O, müğənni ilə illərdir küsülü olduğunu dilə gətirib:
“İzzət haqda danışmaq istəmirəm. 25 ildir ki, əlaqələrimizi kəsmişəm. Onun üçün mühafizəçi tutmuşam ki, yolda döyməsinlər. Nələr etmişəm Allah bilir. Mən sadə adam xoşlayıram. Yekəbaş adamları sevmirəm”.
Verilişin qonağı olan İzzət isə Qorxmazı cavabsız qoymayıb:
“Mənim qazandığım pul ailəmə verilirdi. 15 yaşım var idi, hər şey onlara verilirdi. Nəticədə evi təmir etdirirdik, yaxud başqa işlər görürdük. Bunlar çox ayıb söhbətdir. Yəni, bu mövzudan danışmaq çox pisdir. Şükür Allaha həmişə fanat ordum olub. İllərlə keçirilən anşlaq konsertlərim hamının yadındadır. Mən uşaq idim, Qorxmaz Əlilinin teatrında işləyirdim. Mənə tələbat olmasa, necə çıxış edərdim?”.


25 ildir küsülü olan Qorxmazla İzzət arasında qalmaqal – “Onu döyməsinlər deyə mühafizəçi tutmuşam”

Paylaş: