"15 ilimiz tamam oldu"
Tarix: 13-09-2018, 11:06



Xalq artisti, Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva həyat yoldaşı Filiplə tədbirlərin birində fotokameramıza tuş gəlib. 

BAKU.WS-ə açıqlama verən opera ifaçı bir müddət əvvəl ailəsində iki əlamətdar günü qeyd etdiyini deyib:

"Sentyabrın 7-də həm mənim doğum günüm idi, həm də həyat yoldaşımla 15 ilimiz tamam oldu. Filip mənim üçün gözəl gül çələngi aldı və ildönümüzü təbrik etdi. Bilirsiniz ki, 3 övladımız var. Onların tərbiyəsi ilə məşğul oluram. Musiqi məktəbimdə də işlər qaydasındadır. Bildiklərimi tələbələrimlə bölüşürəm. Bu sənətdə əsas məqsədim Azərbaycan klassik musiqisini həm ölkəmizdə, həm də xaricdə tanıtmaqdır". 

"15 ilimiz tamam oldu" - Xalq artisti ingilis əri ilə tədbirdə - FOTOLAR
"15 ilimiz tamam oldu" - Xalq artisti ingilis əri ilə tədbirdə - FOTOLAR

Paylaş: