“Araqsız, kababsız istirahət olar?!” – Əli Mirəliyev
Tarix: 3-08-2017, 13:20


“Hazırda Mərdəkanda, bağ evindəyəm. İstirahət etmirəm, ağac sulayıram, yer belləyirəm. Gündəlik işlərimlə məşğulam. Araq içmirik, kabab yemirik. Araqsız, kababsız istirahət olar? Bizimki istirahət deyil”.
Bunu hafta.az-a açıqlamasında şou-biznesin tanınmış nümayəndəsi Əli Mirəliyev deyib. Əli Mirəliyevin sözlərinə görə, yay tətili müddətində sənətçi dostlarından kimsə onun qapısını döyməyib. Ziyarətinə gəlməyib:
“Sənətçi dostlarımla da çox vaxt şəhərdə görüşürəm. Hələ ki, sənətçi dostlarımdan heç kim gəlməyib. Onların çoxu, demək olar ki, şəhərin 80 faizi hazırda Mərdəkandadır, dənizə gedirlər. İstirahəti onlar edir. Nəinki yayda, elə qışda da tanınmış simaların çoxu Mərdəkana gəlirlər. Bir çoxu elə burada yaşayır. Biz də gündəlik həyət-baca işi ilə məşğuluq.Heç dənizə də getmirəm. Televiziyalar çağıranda efirə çıxıram. Şəhərdən də qopmamışam”. 

Paylaş: