Aparıcı Alp Kırşan ikinci dəfə ata oldu
Tarix: 12-09-2018, 16:50



Aktyor və aparıcı Alp Kırşan ikinci dəfə ata olub.
“Ölkə.Az” xəbər verir ki, aktyor bu barədə sosial şəbəkədəki profilində məlumat verib. Kırşan arvadı və oğlunun yaxşı olduğunu söyləyərək pərəstişkarlarına təşəkkür edib.
Alp və Zeynəb cütlüyünün Ata adlı oğlan övladları bu gün səhər saatlarında dünyaya gəlib.
Cütlük 2014-cü ildə ailə həyatı qurub. 2015-ci ildə Efe adlı oğlan övladları dünyaya gəlmişdi. Bu dəfə doğulan körpəyə Ata adı verilib.
Alp Kırşan sosial şəbəkədə yazıb:
“Efedən sonra ikinci oğlumuz Ata 11:35 radələrində dünyaya gəldi. Sağlam və xoşbəxtik. Qəlbi bizimlə olanlara təşəkkür edirik”.



Paylaş: