Elariz toylara görə "Green card”dan imtina edib
Tarix: 3-08-2017, 13:01


Müğənni Elariz Məmmədoğlu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamentinin bu ölkədə yaşamaq və işləmək hüququ verən "Green card” vəsiqəsindən imtina edib.
Bu barədə AzVision.az-a müğənni özü məlumat verib. O, gərgin iş rejimi ilə əlaqədar Amerikaya gedə bilməyəcəyini deyib.
“Hazırda vaxtla bağlı problemlərim var. Həm mahnılar üzərində çalışıram, həm də toylara gedirəm. Sentyabrdan seriala çəkiləcəyəm. Ona görə də bu kartdan istifadə edə bilməyəcəyəm. Ola bilsin ki, "Green card”dan həyat yoldaşım yararlansın”.
Qeyd edək ki, müğənni Elariz Məmmədoğlu bir müddət əvvəl Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin bu ölkədə yaşamaq və işləmək hüququ verən "Greencard” vəsiqəsi qazanıb.

Paylaş: