Cem Yılmazdan iki yeni film
Tarix: 12-09-2018, 12:56



Cem Yılmazın “Qarakomik filmlər” seriyasından ilk filminin çəkilişləri yekunlaşıb.
Aznews.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə film “Kaçamak” adlanır.
Yılmaz yaxın günlərdə bu seriyadan olan ikinci film “2 Arada”nın çəkilişlərinə başlayacaq.
Filmin ssenari müəllifi və rejissoru Cem Yılmazdır. “Kaçamak” dörd dostun tətil macərasından bəhs edir.
Filmdə Zafer Algöz, Necip Memili, Özkan Uğur, Nilperi Şahinkaya kimi aktyorlar da rol alıblar.
“Kaçamak”ının heyəti yaxın günlərdə bu seriyadan ikinci filmin çəkilişləriə başlayacaq.
Filmlərin ssenariləri bir-biri ilə bağlı deyil. Orta metrajlı hər iki film yanvar ayından nümayiş olunacaq. “Kaçamak” və “2 Arada”nı bir bilet ilə ard-arda izləmək mümkün olacaq.

Paylaş: