Məşhur cütlük bal ayına getmədi
Tarix: 12-09-2018, 12:54



Mert və İdil Fırat cütlüyü bal ayına getməyəcək.
UlduzumSan.Az publika.az-a istinadən xəbər verir ki, ötən şənbə Alaçatıda təmtəraqlı şəkildə ailə quran cütlük İstanbulda görüntülənib.
Dondurma kafesindən çıxan aktyorla xanımı paparatsilərin kameralarına tuş gəlib. “Ufak Tefek Cinayetler” serialında Serhan xarakterini canlandıran aktyor bildirib ki, çəkilişlərdən dolayı bal ayını gələn ilə saxlayıblar.
Onlar “Övlad sahibi olmaq istəyirsinizmi” sualına "Uşaq üçün tezdir" cavabını verib.

Paylaş: