Aparıcı Sərxan Lider TV-dən qovulmasından danışdı: “O mənim verilişimi bağlatdıra bilməz”
Tarix: 11-09-2018, 13:14




Aparıcı Sərxan Kərəmoğlu Lider TV-dən qovulması barədə gəzən söz-söhbətə son qoyub.
 
Primetime.az xəbər verir ki, Sərxan açıqlama verərək bir çox məsələlərə aydınlıq gətirib. Eyni zamanda qalmaqal yaşadığı müğənni Mətanət Əsədovaya da söz atıb:
“Sərxanı qovdular, Sərxanı qapıdan içəri buraxmadılar. Əslində isə Sərxanın halı pisləşdiyi üçün efirə çıxa bilmədi. Yoxsa, indi bəziləri deyir ki, Sərxanın verilişini bağlatdırdım.  O mənim verilişimi bağlatdıra bilməz. Rəhbərlik nəyi istəyərsə, ona da qərar verər. Lider TV-da rəhbərlik kiminsə sözü ilə oturub-durmur. Deməli burada başqa səbəblər var. Səhhətimlə bağlı problemlər var. İlk olaraq sağalım, sonrası “Allah kərimdir”. Kimdə nə yoxdursa, o da ondan danışır. Şükür ki, bizdə hər şey var”.
 
Qeyd edək ki, S.Kərəmoğlu rəqqasə Fatimə Fətəliyeva və aşıq Namiq Fərhadoğlu ilə birlikdə “Xoş gəldin” verilişində aparıcılıq edib. Hazırda isə sözügedən veriliş adı dəyişilərək, N.Fərhadoğluna həvalə olunub.

Paylaş: