Günay İbrahimli üçün ÖZƏL GÜN
Tarix: 11-09-2018, 11:50



Müğənni Günay İbrahimli sosial şəbəkə hesabında yeni fotosu yayıldı. 

BiG.AZ xəbər verir ki, ifaçının anasının doğum günüdür. Günay anasını sosial şəbəkə üzərindən belə təbrik edib:

"Bu gün məni dünyaya gətirən bu gözəl xanımın ad günüdür. Ana kəlməsi gələndə onsuz da hər kəs kövrəlir, duyğuları oyanır. Ana-övlad münasibətindən əlavə, ana ilə rəfiqə olmalısan. Çünki tək dayağın odur, gücünü ondan alırsan. Varlığı ilə evimi şənləndirən qadın- ad günün mübarək! Allah bütün anaları qorusun! "

Günay İbrahimli üçün ÖZƏL GÜN - FOTO

Paylaş: