Azərbaycanlı milyonçunun nəvəsi Fəxrəddin Manafovu gənc qızlara QISQANDI
Tarix: 3-08-2017, 11:49



Azərbaycanın görkəmli kino xadimi, xalq artisti Fəxrəddin Manafov doğum gününü və Milli Kino Bayramını pərəstişkarları ilə qeyd edib.
Publika.az xəbər verir ki, 62 yaşı tamam olan tanınmış kino ulduzunun dünən YARAT Müasir İncəsənət Mərkəzində sevənləri ilə görüşü baş tutub. Görüşdə F.Manafov ona ünvanlanan sualları cavablandırıb, sevənləri ilə şəkillər çəkdirib.
Fəxrəddin Manofovu izləməyə gələnlər arasında azərbaycanlı milyonçu Ağa Musa Nağıyevin nəvəsi, İctimai Birliyinin sədri, yazıçı Dilarə Ağa Musa Nağıyeva da gəlib. Tədbirdə aktyora olan heyranlığını ifadə edən D.Nağıyeva zarafatlarından qa qalmayıb:
“Burda toplaşan gözəl və gənc qızları görəndə çox qısqandım, amma bilin ki, mən onu sizdən əvvəl tanımışam və sevmişəm”.
Daha sonra mərkəzdə F.Manafov və türkiyəli aktrisa Meral Konratın çəkildiyi “Təhminə” filmi nümayişi baş tutub.

Paylaş: