“Rembo” yenidən qayıdır
Tarix: 11-09-2018, 09:18



Amerikalı aktyor Silvestr Stallone Vyetnam müharibəsinin veteranı Con Rembo haqqında 5-ci filmə çəkiləcək.
Modern.az xəbər verir ki, aktyor bu barədə İnstaqram səhifəsində yazıb:
“Tezliklə başlayıram və çox həyəcanlıyam... Dünya dəyişsə də, o dəyişmir. Heç nə qurtarmayıb!”.
Çəkiliş bu aydan başlayacaq. “Rembo”nun beşinci hissəsində baş qəhrəman Meksikaya gedəcək və hadisələr orada cərəyan edəcək.
Qeyd edək ki, “Rembo: Birinci qan” filmi ilk dəfə 1982-ci ildə işıq üzü görüb. Daha sonra isə 1985, 1988 və 2008-ci illərdə filmin növbəti hissələri çəkilib.

Paylaş: