Məleykə Əsədovanın ailəsində ÖZƏL GÜN
Tarix: 8-09-2018, 12:09



Xalq artisti Məleykə Əsədovanın qızı Gülərin ad günüdür. Gülər 13 yaşını qeyd edir. 

BiG.AZ xəbər verir ki, xalq artisti qızını sosial şəbəkədə ad günü münasibətilə təbrik edib. Əsədova sosial şəbəkədə qızıyla fotolarını paylaşaraq bunları yazıb:

"Dünyama işıq, ruh, sevinc, həyat gözəlliyi qatan, döyünən ürəyim, aldığım nəfəsim, 13 yaşın mübarək. "Ana" deyən səsinə, dilinə qurban olum. Mən "ana" olduğum üçün Allaha sonsuz şükürlər edirəm. Mənə ağıllı, sağlam övlad bəxş edib. Nə yaxşı ki, varsan, yaşamaq eşqim. Sən anasız ömrümə gəlməsəydin, mən solmuş, ruhsuz, bir varlıq olardım. Yaşamaq eşqimi gəlişinlə həyatıma qaytardın. Balaca saf dünyamda övladım üçün onu gələcəyə ağıllı, sevgidolu, vətənini sevən, savadlı, pisliklərdən uzaq yetişdirmək arzusu ilə yaşayıram. Allahdan ömür istəyirəm ki, övladımı sağlam, ali təhsilli böyüdüm, xoşbəxt gününü görüm. Sevgim, ürəyim, Gülərim. Allah səni mənə, məni sənə çox görməsin".



Məleykə Əsədovanın ailəsində ÖZƏL GÜN -VİDEO + FOTOLAR
Məleykə Əsədovanın ailəsində ÖZƏL GÜN -VİDEO + FOTOLAR
Məleykə Əsədovanın ailəsində ÖZƏL GÜN -VİDEO + FOTOLAR

Paylaş: