Məşhur repçinin meyiti tapıldı
Tarix: 8-09-2018, 10:20



Musiqi dünyasında Mak Miller kimi tanınan və əsl adı Malkolm Ceyms MakKormik olan məşhur repçinin meyiti evindən tapılıb.
“Ölkə.Az” xəbər verir ki, repçi həddən artıq narkotik maddə qəbul etdiyi üçün ölüb. 
26 yaşlı repçi 2010-cu ildə “Rostrum Records” ilə müqavilə bağlayıb və 2011-ci ildə ilk albomunu çıxarıb. Albom qısa müddət ərzində ABŞ-da reytinq siyahılarına düşüb.
Onun ikinci albomu isə 2013-cü ildə təqdim edilmişdi.

Paylaş: