Məşhur model cərimə olunmamaq üçün polisə əxlaqsız təklif etdi. Həbs olundu
Tarix: 6-09-2018, 16:32



Moskvada modelliklə məşğul olan 24 yaşlı qız 18 ay müddətinə azadlıqdan məhrum edilib. Onun həbs olunmasına səbəb isə polislərlə dalaşıb, onlara əxlaqsızlıq təklif etməsidir.
Belə ki, Kira Mayer adlı model “Mercedes” markalı avtomobili ilə gedərkən yol hərəkət qaydalarına riayət etmədiyinə görə yol polisləri tərəfindən saxlanılıb. Polislərlə model arasında mübahisə yaranıb. Kira polislərdən birinə cərimə yazmamaq üçün onunla yatmağı təklif edib.
Məlumat üçün bildirək ki, Kiranın Instagram-da 150 minə yaxın izləyicisi var və o, sosial şəbəkələrdəki açıq-saçıq fotoları ilə diqqət mərkəzindədir.

Paylaş: