Məşhur serialla bağlı cinayət işi açıldı - FETÖ-nün təbliğatında ittiham olunur
Tarix: 3-08-2017, 09:25



Türkiyənin Kanal D ekranlarında yayımlanan "Çocuklar Duymasın" serialında FETÖ-nü dünyaya tanıdan kitabın göstərilməsi ilə bağlı prokurorluqda cinayət işi açılıb, istintaq aparılır.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu Kanal D ekranlarında yayımlanan "Çocuklar Duymasın" adlı serialda kitabxanada FETÖ-nün fəaliyyətlərini dünyaya tanıdan "Barış körpüləri, Dünyaya Açılan Türk Məktəbləri" adlı kitabın tamaşaçılara göstərilməsindən sonra hərəkətə keçərək istintaqa başlayıb.
İstanbul Təhlükəsizlik Şöbə Müdirliyinin qrupları prokurorluq təlimatıyla serialın o hissəsində FETÖ-nün təbliğatı ilə bağlı araşdırmalara başlayıb. "Çocuklar Duymasın" serialının ötən həftə yayımlanan hissəsində, 'Haluk' xarakterini canlandıran Tamer Karadağlı ilə 'Meltem' xarakterini canlandıran Pınar Altuğun iştirak etdiyi səhnədə, arxa fonda olan kitabxanada "Barış körpüləri, Dünyaya Açılan Türk Məktəbləri" adlı kitab göstərilib. "Barış körpüləri, Dünyaya Açılan Türk Məktəbləri" adlı kitab FETÖ-nün dünyaya tanıdılmasında istifadə edilir.

Paylaş: