Lalayev Ocaqovun işdən getməsindən danışdı: "Bir il əvvəl..."
Tarix: 6-09-2018, 12:08



Dövlət Musiqili Teatrının direktoru Əliqismət Lalayev Elxan Ocaqovun teatrın direktor müavini vəzifəsindən ayrılmasına münasibət bildirib.
 Lalayev "Ölkə.Az"-a açıqlamasında bildirib ki, Ocaqov bir il öncə öz ərizəsi ilə işdən çıxıb:
"İndi bu məlumatların hardan qaynaqlandığını, niyə yazıldığını bilmirəm. Özü ilə bu gün də çox gözəl münasibətlərimiz var. Heç vaxt da onun hansısa ideyasının gerçəkləşdirilməsinə mane olmamışam. Bu səbəbdən də Elxanın belə açıqlama verdiyinə inanmıram. Özü də mənə dedi ki, bu xəbərin hardan qaynaqlandığını bilmirəm". 
Qeyd edək ki, Elxan Ocaqovun Dövlət Musiqili Teatrının direktor müavini vəzifəsindən getməsi xəbərini AzNews.az saytı yayıb.

Paylaş: