“Coşğudan ağlayacam…” - Xarici fenomenlər Səbinə haqda
Tarix: 5-09-2018, 12:44



Azərbaycanın əməkdar artisti Səbinə Babayeva “Youtube”də ifaçıların səs analizini edən fenomen şəxslərin hədəfinə tuş gəlib. 
 “Qafqazinfo” xəbər verir ki, son aylarda sənətçinin Avroviziya mahnı müsabiqəsində ifa etdiyi “When The Music Dies” mahnısını 3 tanınmış musiqiçi müzakirəyə çıxarıb. 
Onlar Amerikada fəaliyyət göstərən Landman, Jakes Face Reacts, Emre Yücelendir. Hər üç musiqişunas Səbinənin ifasına heyran qaldığını bildiriblər.  
Landman bildirib ki, Səbinənin mükəmməl səsi oluğunu bildirib. E. Yücelen isə “Bu səslə qapı-pəncərə dağıtmaq olar. Ləzzətli ifa edir. Səsi çox genişdir. Coşğudan ağlayacam” deyərək təəccübünü gizlətməyib. 








Paylaş: