Özünə toy edən müğənni gəlinin şəkillərinin paylaşılmasına icazə vermədi
Tarix: 5-09-2018, 10:35



Müğənni Yaşar Cəlilovun dünən ikinci toy mərasimi baş tutub.
Publika.az xəbər verir ki, 27 avqustda gəlinsiz toy edən ifaçının ikinci toyunda həyat yoldaşı iştirak edib.
Y.Cəlilovun toyunda Əməkdar artist Röya Ayxan, Ədalət Şükürov, Namiq Qaraçuxurlu, aktrisa Zümrüd Bədəlova və başqaları iştirak edib. Lakin səbəbkar icazə verməyib ki, ulduzlar və digər qonaqlar gəlinlə şəkillərini sosial şəbəkələrdə paylaşsınlar.
Qeyd edək ki, Yaşar Cəlilov Nigar adlı xanımla evlənib.





Paylaş: