Əməkdar artist atası ilə Mətanətin evində qonaq olub
Tarix: 4-09-2018, 16:47



Əməkdar artist Mətanət İsgəndərli atası ilə həmkarı Mətanət Əsədovanın evində qonaq olub.
UlduzumSan.Az-ın məlumatına görə, İsgəndərli hər zaman Əsədovaya dəstək olduğunu bildirib. İfaçı Mətanətin evində qonaq olarkən görüntüləri lentə alıb. O, videoda bu sözləri deyib: "Sənət yoldaşım, gözəl təmiz qəlbli bacım Mətanətə atamla baş çəkməyə gəlmişəm. Baxmayaraq ki, səhhətimdə problem var. Amma Əsədovanın evinə gəlməyi özümə mənəvi borc bildim. Ailəliklə Mətanəti çox sevirik. Xüsusi ilə qeyd edim ki, hər zaman Mətanət Əsədova mənə böyük hörmət edib. Sonda qeyd edim ki, biz səntçilərin hər zaman bir-birinə mənəvi ehtiyacı var".



Paylaş: