Ruslar Bakıya kino gətirir: “Kilimandjara”, “Trener”, “Salyut-7”...
Tarix: 4-09-2018, 11:17



Bakıda “Rusiya kinosu həftəsi” keçiriləcək.
Mədəniyyət Nazirliyindən AzNews.az-a verilən məlumata görə, tədbir Nizami Kino Mərkəzində Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Nizami Kino Mərkəzi və Rusiyanın “Kinofest” Prodüser Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq. 7-10 sentyabr tarixində baş tutacaq tədbirin açılış mərasimində Rusiya kinematoqrafiyasının tanınmış simaları və “Kinofest” Prodüser Mərkəzinin nümayəndələri iştirak edəcək. Mərasim rejissor Serqey Mokritskinin 2018-ci ildə istehsal olunmuş “Çernovik” bədii filmi nümayişi ilə açılacaq.

Kino həftəsi çərçivəsində rejissor Yekaterina Teleqinanın Azərbaycan aktyorlarının da yer aldığı komediya janrında çəkdiyi “Kilimandjara” filmi (8 sentyabr), rejissor Danila Kozlovskinin dram janrında çəkdiyi “Trener” filmi (9 sentyabr) və Klim Şipenkonun dram janrında çəkdiyi “Salyut-7” bədii filmi (10 sentyabr) şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.

Paylaş: